2 Oktyabr 2025, Cümə axşamı
Prezident “Qarabağ”ı təbrik etdi
Oyunun ən yaxşısı Elvin oldu
"Qarabağ" "Kopenhagen"ə qalib gəldi
Azər Bağırov yenidən "Kəpəz"də

Digər idman növləri

Azərbaycan III MDB Oyunlarında ilk medalları gümüş oldu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ İdman Kompleksində təşkil olunan yarışda qızlar və oğlanlardan ibarət komandaların final qarşılaşmaları keçirilib.

Azərbaycan hər iki kateqoriyada Rusiya ilə üz-üzə gəlib.

Oğlanlardan və qızlardan ibarət millilərimiz 0:2 hesabı ilə məğlub olaraq turnirin gümüş medallarına sahib çıxıblar.

Rusiya yığmaları isə qızıl mükafata yiyələniblər.

Bu gün həmçinin fərdi yarışlara da start veriləcək.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31