19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Soçi olimpiadasında Azərbaycanı kimlər təmsil edəcək?

2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda 5 idmançımız mübarizə aparacaq.
 
Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir.
 
Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva rəhbərlik edəcək. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər şəxslər də var.
 
Qeyd edək ki, idmançılarımız arasında daha çox Aleksey Sitnikov - Yuliya Zlobina duetinə ümid bəslənilir. Bu cütlük il ərzində “Volvo” Açıq Kuboku (Riqa, Latviya), “Golden Snip” (Zaqreb, Xorvatiya) və Ukrayna Açıq Turnirındə (Kiyev, Ukrayna) 1-ci, Qış Universiadasında (Trentino, İtaliya) isə ikinci yeri tutub. Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30