26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Qəbələ" cüdoçularından növbəti uğur

 

Azərbaycanı beynəlxalq arenada təmsil edən "Qəbələ" cüdoçuları ölkəmizə medallarla qayıdır. Futbolxeber.az-ın məlumatına görə, Yunanıstanın Tessaloniki şəhərində keçirilən Gənclərin Avropa Kubokunda iştirak edən çüdoçularımız Mehman Sadıqov və Cəlil Cəlilov onlara bəslənən ümidləri doğruldub. 55 kq-da mübarizə aparan Mehman Sadıqov bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Sadıqov finalda gürcü Georgi Saçhaleliyə şans verməyib. Digər idmançımız - 66 kq çəki dərəcəsində finala qədər uğurla irəliləyən Cəlil Cəlilov qızıl medal uğrunda görüşdə Gürcustan təmsilçisi Andro Beluaşviliyə məğlub olub və gümüş medala yiyələnib.  
Ümumilikdə Azərbaycan Kubokda hazırda 4 medal qazanıb. Telman Vəliyev (60 kq) və Afiq Səfərli (73 kq) bürünc medala sahib olublar.
Xatırladaq ki, bir neçə gün öncə Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı və “Qəbələ”ni təmsil edən Fəridə Həsənxanova 57 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30