24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Rəcəbov Gelfanda qarşı

 

Bu gün Londonda şahmat üzrə iddiaçıların turniri start götürəcək. Futbolxeber.az xəbər verir ki, yarışın ilk turunda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Boris Gelfandla qarşılaşacaq. Təmsilçimiz israilli rəqibinə qarşı qara fiqurlarla oynayacaq. Matçlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

15 mart, I tur

Levon Aronyan (Ermənistan, 2809) - Maqnus Karlsen (Norveç, 2872)

Boris Gelfand (İsrail, 2740) - Teymur Rəcəbov (Azərbaycan, 2793)

Vasili İvançuk (Ukrayna, 2757) - Aleksandr Qrişuk (Rusiya, 2764)

Petr Svidler (Rusiya, 2747) - Vladimir Kramnik (Rusiya, 2810)

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30