19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

AFFA prezidenti: "İnanıram ki, final mərhələsi yüksək səviyyədə keçiriləcək"

AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA kuboku turnirinin final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı affa.az saytına fikirlərini bildirib: "Araz" klubunun futzal üzrə UEFA kuboku turnirində final mərhələsinə vəsiqə qazanması bizi çox sevindirdi. Bunu ölkəmizdə futbolun inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır.

Final mərhələsinin oyunlarını Bakıda təşkil etmək istədiyimizi AFFA adından dərhal UEFA-ya bildirdik. Avropa futbol qurumu təklifimizi cavablandırmaq məqsədilə UEFA ekspertlərini paytaxtımıza ezam etdi və onlar AFFA nümayəndələri ilə birgə müvafiq monitorinq apardılar. UEFA İcraiyyə Komitəsinin dekabrın 12-də keçirilmiş iclasında monitorinqlə bağlı hesabat təqdim olunub və sevindirici haldır ki, Avropa futbol qurumunun İcraiyyə Komitəsi futzal üzrə UEFA kubokunun final mərhələsinin Bakıda təşkil olunması barədə qərar çıxarıb. Bununla əlaqədar olaraq UEFA İcraiyyə Komitəsinin üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Təbii ki, belə bir qərarın qəbul olunmasında FIFA U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə ölkəmizdə yüksək səviyyədə keçirilməsi də mühüm rol oynayıb. İnanıram ki, final mərhələsinin oyunlarının keçirilməsi ilə bağlı yaradılacaq UEFA və AFFA-nın təşkilat komitələri  işinin öhdəsindən layiqincə gələcək, "dördlər finalı" yüksək səviyyədə təşkil olunacaq və   ölkəmizin mötəbər turnirlərə ev sahibliyi etməsinə daha böyük  zəmin yaradacaq".

Qeyd edək ki, “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və Azərbaycan çempionu “Araz”ın mübarizə aparacağı “Dördlər finalı”nın oyunları 2014-cü ilin aprel ayında Sərhədçi İdman Olimpiya Kompleksində keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30