14 May 2026, Cümə axşamı
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı
“Neftçi”dən ardıcıl üçüncü çempionluq

Digər idman növləri

Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər

Azərbaycanı Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında təmsil edən Ruslan Qədirov və Fərhad Şeydayev 1/4 finala yüksəliblər.
 
Futbolxeber.az saytına Boks Federasiyasından verilən məlumata görə, 60 kq çəkidə mübarizə aparan R.Qədirov 1/8 finalda Stefan Samoviçi (Serbiya) 5:0 (29:27, 28*:28, 28*:28, 28*:28, 28*:28) hesabı ilə məğlub edib.
 
Onun bu mərhələdə rəqibi bolqarıstanlı Radoslav Rosenov olacaq.
 
F.Şeydayev (75 kq) də 1/8 final qarşılaşmasından üstün ayrılıb. Boksçu Çadi Baraiaya (Fransa) 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Şeydayev 1/4 final görüşündə Alan Perrie (Şotlandiya) ilə gücünü yoxlayacaq.
 
Hər iki idmançı növbəti döyüşünü oktyabrın 16-da keçirəcək.
 
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31