29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Digər idman növləri

Xırdalanda yeni boks zalının açılışı olub

Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.
 
Futbolxebher.az saytına Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, açılış mərasimində ABF-nin baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak ediblər.
 
Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
 
Nağı Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.
 
Qeyd edək ki, məşqçi kimi çalışan Vüqar Zalıyevlə Nazim Mehdiyev Beynəlxalq Boks Assosiasiyasının 1 ulduz dərəcəsini yeni alıblar.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31