9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Digər idman növləri

Güləşçimiz yarımfinalda uduzdu

Azərbaycanın Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, 1/8 finalda misirli Mohamed Elsayedlə üz-üzə gəlib. Cəfərov 9:0 hesablı (tam üstünlüklə) inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələ onun rəqibi Valentin Petiç (Moldova) olub. Həsrət bu dəfə də 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda onun rəqibi Ukraynanı təmsil edən başqa bir azərbaycanlı Pərviz Nəsibov olub. Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən finala yüksəlib.
 
H.Cəfərov sabah bürünc medal uğrunda mübarizə aparacaq.
 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31