29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Digər idman növləri

Azərbaycanın sərbəst güləşçiləri olimpiadaya yollanıblar

Güləş üzrə Azərbaycanın olimpiya komandasının son heyəti Fransaya yollanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığmanın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (130 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüb.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak edib.
 
Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Giorgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaq.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31