20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İkiqat dünya çempionumuzdan yeni müqavilə

Azərbaycanın boks üzrə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov “Baku Fires” klubuna 2014-cü ilin yanvarında qoşulacaq. Lent. az-ın məlumatına görə, bu barədə jurnalistlərə klubun baş direktoru Rizvan Gənciyev açıqlama verib.
 
O bildirib ki, ötən ay Qazaxıstanın Almatı şəhərindəki dünya çempionatında növbəti qızıl medalı qazandıqdan sonra Məcidov istirahətə buraxılıb. Digər tərəfdən, boksçumuz gələn ilin mayında başlanacaq APB (AİBA Peşəkar Boks) versiyası üzrə döyüşlər üçün müqavilə bağlayıb. Gənciyevin sözlərinə görə, ikiqat dünya çempionumuzun bu addımı onun “Baku Fires”in heyətndə iştirakına maneçilik törətməyəcək. Klub rəsmisi WSB Liqasının daha böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu liqada 10 çəki dərəcəsi üzrə reytinq siyahısında ilk 3 yeri tutanlara 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya veriləcək. APB-də isə il ərzində 1-2 döyüş olacaq. Düzdür, bu versiya da lisenziya xarakterlidir. Amma orada lisenziya qaydaları hələ tam dəqiqləşməyib”.
 
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 2011 və 2013-cü il dünya çempionatlarının, builki Avropa çempionatının qalibi, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30