29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Nazir millimizə gələn idmançının pulunu kəsdi

Ağırlıqqaldırma üzrə Moldova millisindən imtina edərək, Azərbaycan yığmasına qoşulan Kristina Yovu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, bu barədə açıqlamanı Moldovanın idman naziri Oktavian Sıku verib. 

Nazir moldovalı idmançıların kütləvi sürətdə ölkədən getməsinə münasibət bildirib. 

Belə ki, ağır atletlərin ardınca cüdoçuların da xaricdən aldıqları təklifləri müsbət dəyərləndirməsi Sıkunun qəzəbinə səbəb olub. Bu üzdən nazir artıq ilk addımını atıb. 

Sıku vurğulayıb ki, Moldovanı tərk edən idmançılara münasibətdə sərt olacaqlar: “Bildiyimə görə, Kristina Yovu və onun arxasınca gedib Azərbaycanda qalan digər atletimiz Yuri Dudoqlo milli komandalarını dəyişməklə bağlı sənəd imzalayıb. Onlarla bağlı göstəriş vermişəm. Bu idmançılar ölkəmizdə aldıqları təqaüdlərdən məhrum edilib”. 

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyası müəyyən müddətdir Bakıda olan London Olimpiadasının bürünc mükafatçısı Yovunun yığmamızla birgə hazırlıq keçdiyini bildirmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31