29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Nicat Abasov yenə məğlub oldu

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov yenə uğursuz nəticə ilə yadda qalıb.
 
Qrossmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.
 
Yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.
 
Qeyd edək ki, Nicat Abasov 1,5 xalla 7-8-ci yerləri bölüşdürür. Cədvələ 3,5 xalla Yan Nepomnyaşi (FIDE) və Dommaracu Qukeş şərikli liderlik edirlər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30