29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

Rüstəm Orucov və Orxan Səfərov İngiltərədə master-klas keçəcəklər

Azərbaycan millisinin sabiq cüdoçuları Rüstəm Orucov və Orxan Səfərov bu gün master-klas üçün İngiltərəyə yola düşəcəklər.
 
Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Judospace” təşkilatının dəstəyi ilə baş tutacaq səfər çərçivəsində onlar cüdo klubları və cüdo akademiyasında rəsmilər ilə görüş keçirib, sessiyalarda iştirak edəcəklər.
 
Olimpiya mükafatçısı Rüstəm Orucov, bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı Orxan Səfərov aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzdə və “Camberley” Cüdo Klubunda master-klas keçəcək.
 
Onlar uşaqlar, böyüklər üçün ustad dərsi təşkil edəcəklər və təcrübələrini bölüşəcəklər. Sabiq cüdoçular həm də yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasında iştirak edəcəklər.
 
Bundan əlavə, Orucovla Səfərov Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq, öyrəndikləri təcrübələri öz klublarında tətbiq etməyə çalışacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30