26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Fariz Məmmədovun Avropa çempionluğu uğrunda döyüşünün vaxtı müəyyənləşdi

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub. Qol.Az-ın məlumatına görə, peşəkar boksçumuz dekabrın 14-də almaniyalı idmançı Mattias Peklə Bakıda qarşılaşacaq.
Döyüş WBO və IBF versiyasının Avropa kəməri uğrunda keçiriləcək. Almaniya təmsilçisi indiyədək peşəkar boksda keçirdiyi 21 döyüşün hamısında qalib gəlib. Bu baxımdan F.Məmmədovu çətin bir qarşılaşma gözlədiyini demək olar. “Eurosport” telekanalı "Qəbələ" İdman Klubu ilə razılaşmaya əsasən döyüşü canlı yayımlayacaq. 
F.Məmmədov hazırda Ukraynanın Xarkov şəhərində təlim-məşq toplanışındadır. Onun məşqçisi Viktor Demçenko azərbaycanlı jurnalistlərə açıqlamasında Farizin fiziki durumunun yüksək səviyyədə olduğunu bildirib: "Hazırlığın ilkin mərhələsini Qəbələdə yaxşı səviyyədə keçirdik. Rəqibin çox güclü olduğunu bilirik. Ancaq idmançı üçün belə güclü rəqiblərin olması faydalıdır. Fariz hazırda çox yaxşı formadadır və mən ona güvənirəm".
Qeyd edək ki, dekabrın 14-də Fariz Məmmədovla yanaşı daha 4   döyüş keçiriləcək. Peşəkar boksçular arasında baş tutacaq döyüşün üçü reytinq, biri isə Avropa kəməri uğrunda 12 raundluq titul döyüşü olacaq. 
Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30