9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
 
Futbolxeber.az federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək.
 
Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcəklər. Qarşıdakı iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq), Tuncay Vəzirzadə (82 kq) və Laçın Vəliyev (87 kq) xalçaya çıxacaqlar.
 
Turnirin son iki günündə məşqçilər Taymuraz Kokoyevlə Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) yer alıb.
 
Yarışda beynəlxalq dərəcəli hakimlərimizdən Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31