9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Digər idman növləri

Azərbaycan və Gürcüstan bu dəfə heç-heçə oynadı

Martın 2-də Tbilisidə Azərbaycanın və Gürcüstanın qadın şahmatçılardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, qadınlar arasında 8 dəfə dünya çempionu olmuş şahmat dünyasının əfsanəsi gürcüstanlı Nona Qaprindaşvili idmançıları salamlayıb, onlara uğurlar arzulayıblar.

Yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət Azərbaycan komandası 4-cü turda heç-heçə oynayıb.

Bu turda üç partiya bərabərliklə başa çatıb. Yığmada Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5-2,5 hesabı ilə başa çatıb.

Növbəti 5-ci turda yığma komandanın üç şahmatçısı ağ fiqurlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, dostluq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqində hesablanır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31