9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Digər idman növləri

Azərbaycan millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Futbolxeber.az-ın Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən verdiyi məlumata görə, yığma yarışda 12 idmançı ilə təmsil olunacaq. Onlardan 7-si kişi, 5-i qadın cüdoçudur.

Kişilər arasında Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kiloqram), İslam Rəhimov, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) medal qazanmağa çalışacaqlar.

Qadınların mübarizəsində isə Könül Əliyev (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, martın 1-də start götürəcək “Böyük Dəbilqə”də 69 ölkənin cüdoçusu yarışacaq. Turnirə martın 3-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31