18 Sentyabr 2026, Cümə
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Futbolxeber.az-ın Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən verdiyi məlumata görə, fərdi və sinxron proqram üzrə ölkəni batut yarışlarında qadınlarda Selcan Mahsudova, kişilərdə Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev təmsil edəcəklər.

Tamblinq üzrə isə Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir fevralın 23-25-də Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30