19 Avqust 2025, Çərşənbə axşamı
Andrey Şevçenko Bakıya gəlir
"Qarabağ" Macarıstana yollandı
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start

Digər idman növləri

FİDE reytinqi: Şəhriyar 24-cü, Teymur 27-cidir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısı açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın 5 şahmatçısı yanvarın cədvəlində irəliləyib.
 
Şəhriyar Məmmədyarov hesabındakı 2726 xalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Teymur Rəcəbov (27-ci yer, 2723 xal) mövqeyində qalıb.
 
İlk “100-lük”dəki digər şahmatçımız Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. R.Məmmədov 2651 xalla 87-ci pillədə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.
 
Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova da (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva isə bir addım geriləyib (99-cu yer, 2350 xal).
 
Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Xampi Koneru (2554) ikinci pilləyə yüksəlib. FİDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31