20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Bakıda çempion olan idmançı: "Bu, ilk qızıl medalımdır"

“Bu, mənim ilk qızıl medalımdır və ilk dəfə olimpiadada iştirak edəcəyəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıdakı keçirilən atıcılıq üzrə dünya çempionatında 50 metr məsafəyə 3 mövqedən atəş açmada qızıl medal qazanan Çin təmsilçisi Qiongyu Jan deyib.

19 yaşlı idmançı Azərbaycana gəldiyinə görə şad olduğunu söyləyib: "Bizim uğur qazanmağımızın sirri bundadır ki, komanda olaraq həmrəy oluruq. Hamımız birlikdə səylə çalışırıq və uğur qazanacağımıza inanırıq. Bu ölkəni çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi də möhtəşəmdir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət mənada təsir edir”.

Janq Bakıda qazandığı qızıl medalın bir ay sonra vətənində keçiriləcək Asiya Oyunlarındakı çıxışına təsir edəcəyini də xüsusi qeyd edib"

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31