24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

“Qəbələ” Alim Nəbiyevlə yeni müqavilə imzaladı

“Qəbələ” İdman Klubu və kikboksçu Alim Nəbiyev arasında müqavilə uzadılıb. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

İmzalanma mərasimindən sonra “Qəbələ”nin prezidenti Fariz Nəcəfov kikboksçu ilə görüşüb. Tədbirdə Alimin son döyüşü barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanuya qalib gələn idmançını qələbə münasibətilə təbrik edib.

Klub prezidentinə Nəbiyevin növbəti sınağı barədə məlumat verilib. Nəcəfov noyabrın 19-da “Qlory82” çərçivəsində baş tutacaq qarşılaşmada idmançıya uğurlar arzulayıb. Titul döyüşündə Endi Semeleyerlə üz-üzə gələcək kikboksçu göstərilən dəstək üçün  “Qəbələ” İdman Klubuna təşəkkür edib, bundan sonra da bütün döyüşlərə qələbə və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün çıxacağını bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30