16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Boksçularımız ABŞ-da 4 medal qazanıblar

Azərbaycan boksçuları ABŞ-ın Pueblo şəhərində təşkil olunan beynəlxalq turnirdə daha 3 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, 57 kq-da Ümid Rüstəmov çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər - Xinyan Vanq və Ping Lyunu məğlub edən idmançı finalda yerli ölkə təmsilçisi Julius Ballo ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Rüstəmovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Rəqibinə uduzan boksçu ikinci yerlə kifayətlənib.

92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də turniri gümüş medalla bitirib. Dünya çempionatının mükafatçısı finalda Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla bacarmayıb.

Beləliklə, yarışa 6 boksçu ilə qatılan yığma yekunda 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Daha əvvəl Nəbi İsgəndərov (71 kq) 3-cü teri tutmuşdu.

Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən milli komanda sentyabrın 17-də Bakıya qayıdacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30