24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

DÇ: İki güləşçimiz finalda

Belqradda start götürən güləş üzrə dünya çempionatının ilk gündə Azərbaycanın 3 güləşçimiz mübarizəyə qoşulub.

Futbolxeber.az saytının məlumatına görə, medal ümidlərimizdən dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli  1/8 finalda Covanni Frenini (İtaliya) 8:0, 1/4 finalda isə Yu Şiotanini (Yaponiya) 9:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

55 kq-da mübarizə aparan idmançımız yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

72 kq çəkidə yarışan Ülvü Qənizadə 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, 1/4 finalda Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 məğlub edib. O, yarımfinalda Səlçuk Cana (Türkiyə) 4:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Sənan Süleymanov (77 kq) təsnifat mərhələsində İdris İbayevə (Almaniya) 7:8 uduzaraq medalsız qalıb.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30