19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Ülviyyə Fətəliyeva: “Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur”

Çexiyanın paytaxtı Praqada şəxsi Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.

Futbolxeber.az saytının məlumatına görə, şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıb.

Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva uğurunu AŞF-nin rəsmi saytına şərh edib: “Avropa çempionatına qələbə üçün yollanmışdım. Hər zaman məqsədimiz birinci olmaqdı. Fikrimcə, qadın şahmatçılarımız Hindistandakı olimpiada da yaxşı çıxış etdi. Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Biz mart ayından etibarən Olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir. 

Medal qazandığıma görə çox şadam. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici oldu. Uğurumuz gərgin məşqlərin nəticəsidir. Ən çətin görüşüm qızıl medalçı Soçko ilə doqquzuncu tura təsadüf edirdi. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük əldə etmişdim. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum”.

Ülviyyə Fətəliyeva sentyabrın 21-24-də Şuşada keçiriləcək superturnir barədə də fikirlərini bildirib: “Çox həyəcanlıyıq. Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur. Bu yarışa xüsusi hazırlaşacayıq. Şuşadakı turnirdə də yüksək yerlər uğrunda mübarizə aparacam”.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30