25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Güləşçimiz Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 3-cü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

A qrupunda yer alan Elvina Kərimzadə ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib. Qrup 2-cisi kimi yarımfinala yüksələn güləşçimiz bu mərhələdə alman Jozefin Vrenşdən də güclü olub - 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. 

Ruzanna Məmmədova (49 kq) ispan Kandela Giraldes Markeslə ruminiyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən Məmmədova finala vəsiqə qazanıb. Ruzanna son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu "tuşe" ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. Qurbanova təsəlliverici görüşdə isə alman Naemi Leiştnerə uduzub. 

Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30