19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Güləşçimiz erməniyə qalib gəlib çempion oldu

Azərbaycanın yunan-Roma güləşçisi Fəraim Mustafayev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda ermənistanlı Lyüdviqyanla üz-üzə gəlib. Rəqibinə vaxtından əvvəl tam üstünlüklə (13:4) qalib gələn Mustafayev Avropa birinciliyinin qızıl medalını qazanıb.

Elvin İbadov isə finalda gürcüstanlı Vaxtanq Loluaya 1:4 hesabı ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Bu gün daha iki yunan-Roma güləşçimiz finalda mübarizə aparacaq. Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulos ilə, İsmayıl Rzayev (80) moldovalı Mihay Qutu ilə qızıl medal görüşünə çıxacaq. Digər güləşçimiz Məzaim Mərdanov (110 kq) bürünc medal uğrunda moldovalı Yeqor Jekovla qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30