24 Yanvar 2026, Şənbə
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi
"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Digər idman növləri

Azərbaycan gimnastları Rumıniya və Polşada medallar qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 21-ci beynəlxalq "Irina Deleanu Cup”a yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Komandanın digər üzvlərindən Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı gürzlərlə çıxışına görə 3-cü olub.

Polşanın Varşava şəhərindəki "XIV İrina Cup"da isə böyüklər arasında İlona Zeynalova çoxnövçülükdə qızıl, halqa ilə hərəkətlərdə gümüş medal əldə edib. Gənclər arasında mübarizə aparan Kamilla Qafarova da çoxnövçülük yarışlarında qızıl medal qazanıb. Bu yaş kateqoriyasında çıxış edən daha bir gimnast Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medala sahib çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31