27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

FİDE-nin yeni reytinq siyahısı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın heç bir təmsilçisi ilk "10-luğ"a düşməyib.  2759 xalı olan Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək, 11-cı sırada yer alıb. Teymur Rəcəbov isə 2753 xalla 13-cü yerdəki mövqeyini qoruyub. Qədir Hüseynov (2668) 6 pillə irəliləyərək 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2656) isə 86-cı sıraya enib.

Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla liderdir. Xallarını 2806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2804) qabaqlayaraq, 2-ci pulləyə yüksəlib.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cıdır. Gülnar Məmmədova (2387) 60-cı, Gövhər Beydullayeva (2384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2376) 73-ci pilləyə geriləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30