20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycanın ən gənc paralimpiya çempionu: "Medalı vətənimə həsr edirəm"

"19 yaşımda ilk dəfə paralimpiadada iştirak etdim və qızıl medal qazandım. Həmçinin paralimpiada rekordunu da qırdım. Məqsədim dünya rekordu idi. O isə növbəti paralimpiadaya qaldı".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov deyib.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı ideal nəticə göstərdiyini söyləyib: "Bu medalımı vətənimə həsr edirəm. Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Vəli İsrafilov Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30