25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Tokioda medal qazanan cüdoçumuz: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.

30 yaşlı idmançı olimpiya mükafatçısı olduğunu anladıqda onun üçün hər şeyin dəyişdiyini bildirib: "Bu gün maksimum hazırlıqlı idim və görüşlərimə maksimum köklənmişdim. Azərbaycanda qadın cüdosu mövcuddur, sadəcə, yalnız və yalnız işləmək lazımdır. Qazandığım medal digər qadın cüdoçulara da gələcək karyeralarında təkan ola bilər.

Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inanılmaz inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Ən böyük "çox sağ ol"u isə təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə deyirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30