28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Tokio-2020-də medal sıralaması: Yaponiya zirvədə, Çin ikinci pilləyə yüksəldi

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün daha 23 dəst medalın sahibi müəyyənləşib.

Medal sıralamasında meydan sahiblərinin liderliyi davam edir. Yaponiya 13 qızıl, 4 gümüş, 5 bürünc medalla zirvədədir. Medalların əyarına görə lider olan meydan sahibləri hələlik olimpiadada qazanılan medal sayına görə dördüncüdürlər.

Qızıl medallarının sayını 12-ə çatdıran Çin sıralamada ikinci pilləyə yüksəlib.

İlk “üçlüy”ü isə ABŞ qapayır. Medalların əyarına görə üçüncü olan amerikalılar say baxımından rəqiblərindən öndədirlər.

Medal sıralamasında ilk “onluq” aşağıdakı kimidir:

1. Yaponiya - 13 qızıl - 4 gümüş - 5 bürünc (ümumilikdə 22 medal)

2. Çin - 12 - 6 - 9 (27)

3. ABŞ - 11 - 11 - 9 (31)

4. Rusiya - 7 - 10 - 6 (23)

5. Avstraliya - 6 - 1 - 9 (16)

6. Böyük Britaniya - 5 - 6 -5 (16)

7. Cənubi Koreya - 4 - 2 - 5 (11)

8. Almaniya - 3 - 2 - 5 (10)

9. Fransa - 3 - 2 - 3 (8)

10. Niderland - 2 - 6 - 3 (11)

Qeyd edək ki, hazırda olimpiadada 62 ölkə medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31