20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Karateçilərimiz Tokioya yollandılar

Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar.

Futbolxeber.az saytının məlumatına görə, Bakıdan yola düşən Firdovsi Fərzəliyevlə Rafael Ağayevə İrina Zaretska da qoşulacaq.

Tokio Olimpiadasının kumite yarışlarında F.Fərzəliyevlə (-67 kq) Rafael Ağayevi (-75 kq) kişilərin baş məşqçisi Qurban Tağıyev, İrina Zaretskanı (+61 kq) isə qadınların baş məqçisi Denis Morozov müşayiət edəcək.

5-7 avqust tarixlərində Nippon Budokan mərkəzində yarışların ilk günü Firdovsi Fərzəliyev mübarizəyə qatılacaq. Ertəsi gün Rafael Ağayevin, avqustun 7-də isə İrina Zaretskanın nəticəsi məlum olacaq.

Beynəlxalq hakimimiz Cahangir Babayev Olimpiadanın karate yarışlarını idarə edən 15 hakim arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarımızla bir yerdə olacaq.

Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçilər yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Tokio 2020 Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30