20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Boksçumuz erməniyə qalib gəldi

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 (29:27, 28*:28, 27:29, 26:30, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Rüstəmov finala vəsiqə üçün israilli Ahmad Ştivi ilə qarşılaşacaq. Görüş iyunun 22-də olacaq.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30