28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Qələbə istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan"

"İlk partiyada qələbə qazandıqdan sonra ikinci görüşdə ağ fiqurlarla sürətli heç-heçə etdim. Strateji baxımdan bu nəticə son dərəcə vacib idi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster bildirib ki, ilk qarşılaşma heç də sonrakılardan asan keçməyib: "Kifayət qədər həyəcanlı alındı. Qara fiqurlarla qələbədən sonra, nə qədər çətin olsa da, "ağ"larla heç-heçə etməyə çalışdım. Düzdür, ağ fiqurlarla oynayanda qalib gəlməyə can atırsan. Amma matçı qazanmaq istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan. Aronyanla qarşılaşma çox maraqlı keçdi".

Çempionlar Turundakı çıxışını dəyərləndirən Məmmədyarov onlayn şahmatın özü üçün qəribə olduğunu söyləyib: "Son bir neçə gündə turnirdə 19-a yaxın oyun keçirmişəm. Bu, mənim üçün onlayn şahmatda rekorddur. Qısa müddətdə bu qədər sürətli görüş oynamamışam. Lakin rapid üzrə dünya çempionluğunu qazanmağım kifayət qədər yaxşı oynadığımı göstərir (gülür)".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31