19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.

Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalın ikinci günündə qeydə alınan nəticələr:

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 2:1

Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ) - 1:2

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30