19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Aura” Sağlamlıq mərkəzində skvoş yarışı keçirildi

15 sentyabr 2013-cü il tarixində “Excelsior Hotel Baku” oteli  və  “AtaBank” ASC-nin dəstəyi ilə  “Aura”  Sağlamlıq Mərkəzində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər  arasında skvoş oyunu üzrə yarış keçirildi.Yarışda qaliblərə hədiyyələr və sertifikatlar verildi. Yarışda birinci yeri “Sportmedia” İdman İnformasiya Agentliyinin baş redaktoru  İlkin Vidadioğlu tutub. İkinci yeri  “AtaHolding” ASC Müqavilə Hüququ şöbəsinin rəisi, üçüncü yeri Futbolxeber.az saytının əməkdaşı, dördüncü yeri isə “SalamNews” agentliyinin əməkdaşı tutub. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib.

“AtaBank” ASC-nin Idarə Heyətinin üzvü Elnur Osmanov yarışla bağlı qeyd edib: “Məlum olduğu kimi, komanda oyunları ruh yüksəkliyinə kömək edir, müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə bəxş edir. Ona görə də, bu kimi korporativdaxili idman yarışları effektiv komanda formalaşdırmağa kömək edir ki, bu da biznesdə uğuru təmin edən amillərdən biridir. Yarışda mətbuat nümayəndələrinin müştərək iştirakı isə KİV-lə münasibətlərin qurulmasına, jurnalistlərlə qeyri-rəsmi şəraitdə ünsuyyətə xidmət edir”.

Excelsior Hotel Baku” oteli Marketinq və Satış  Departamentinin direktoru Damla Bayık bildirdi ki, skvoş - böyük tennis və badmintonla yanaşı, oyun və idmanın raketkalı növüdür. Skvoşu iki nəfər və ya iki cütlük oynaya bilər. Bu günə skvoş ən nüfuzlu və populyar idman növüdür. Qapalı kortda skvoş oynayarkən raketka ilə topu növbə ilə divara elə vurmaq lazımdır ki, rəqib çaşsın və əvvəlki oyunçudan sonra onu qaytara bilməsin. Skvoş oyunu başqa idman növlərindən fərqli olaraq, tennisdə enerji sərfini 2-3 dəfə üstələyən intensiv enerji sərfi tələb edir. Məhz buna görə də, skvoşun üstünlüklərinə onun insan orqanizminin kardiorespirator funksiyalarına müsbət təsirini aid etmək olar.Bu oyun dözüm və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Ona görə də, skvoş fəal isitirahət etmək və ya arıqlamaq, ya da sadəcə oyundan həzz almaq istəyənlərin oyunudur”.

Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30