19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Məmmədyarovdan tarixə düşən göstərici

Beynəlxalq Şahmat Federasiyası (FİDE) indiyədək 2800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.

Bunlardan birinin dünya çempionu Harri Kasparov (2851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2851 xal toplayaraq zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2882-yə çatdırıb. O, həmçinin, 18 yaşında 2800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.

Bu şahmatçılardan yalnız 5-nin - Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i - Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30