7 Yanvar 2026, Çərşənbə
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Digər idman növləri

Tbilisidə 11 cüdoçumuz mübarizə aparacaq

Tbilisidə keçiriləcək “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 11 cüdoçumuz mübarizə aparacaq.ç

Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31