25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan millisi Ukraynada təlim-məşq toplanışına başladı

Qadın güləşi üzrə Azərbaycan millisi bu gün növbəti təlim-məşq toplanışına start verib.

Futbolxeber.az saytının məlumatına görə, yığma baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Ukraynanın paytaxtı Kiyevdə hazırlıq keçir.

Fevralın 25-dək davam edəcək hazırlıq prosesi "Konça-Zaspa" Olimpiya Kompleksində gerçəkləşir. Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edir.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra komandanın fevralın 26-dan 28-dək Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda iştirakı nəzərdə tutulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30