Digər idman növləri
“Rəcəbovun uğuru siyasi qələbədir”
"Hamını təbrik edirəm. Bu, çox gözəl, hətta deyərdim ki, siyasi qələbədir".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib.
O, 33 yaşlı qrossmeysterin turnirdə çox gözəl çıxış etdiyini bildirib: "Daniil Dubovu necə məhv etdiyini gördünüz. Final görüşünün hər iki günündə özünü yüksək səviyyədə göstərdi. 7 partiyanın heç birində, demək olar ki, şəbhəli mövqe almamışdı, vəziyyətə nəzarət edirdi. Dünən də çox gözəl oynadı. Birinci partiya taktika ilə zəngin idi. Sonuncuda Teymur Aronyanı səhvə məcbur etdi. Nəticədə "daimi şah" alındı. İkinci partiyada müxtəlif rəngli fillərlə çox gözəl, klassik üslubda qələbə qazandı. Halbuki adətən belə hallarda heç-heçə qeydə alınır".
Məmmədovun sözlərinə görə, Rəcəbovun gözəl şahmat məktəbinə malik olması özünü belə yerlərdə qabarıq şəkildə göstərir: "Baxmayaraq ki, SSRİ dövründə cəmi 3-4 il yaşayıb, onu sovet şahmat məktəbinin yetirməsi saymaq olar. Teymur şahmat tərbiyəsini həmin ənənələrlə alıb. Böyük ustalar onun üzərində ciddi işləyiblər".
AŞF-nin vitse-prezidenti təcrübəli qrossmeysterə hər zaman dövlət tərəfindən dəstək olduğunu söyləyib: "İstər vaxtilə Ümummilli liderimiz Heydər Əliyev, istərsə də Ali Baş Komandan, Prezident İlham Əliyev Teymurun uğurlarını heç vaxt diqqətsiz qoymayıb, hər zaman ona kömək olublar. 2019-cu ilin sonunda Azərbaycan şahmatı tarixində ilk dəfə Dünya Kubokuna sahib çıxdı. Yaxşı idman forması xətti davam edir. Ona uğurlar arzu edirəm".
O, ölkənin digər güclü şahmatçısı Şəhriyar Məmmədyarovun da Rəcəbovdan geri qalmayacağını vurğulayıb: "Şəhriyarla söhbət zamanı ona 2019-cu ildə Batumi Olimpiadasında Aronyanı gözəl hücumla, fiqur qurban verərək məğlub etdiyini bildirdim. Məmmədyarov həmin partiyanı fantastik oynamışdı. Şahmatçılarımız qaydasındadır. Bu, bizi sevindirir".
Məmmədov "Yenə idmanda ermənilərlə görüşlərdə prinsipiallıq saxlanılmalıdır, yoxsa müharibənin qələbəmizlə bitdiyini nəzərə alaraq, artıq onlarla qarşılaşmalara adi görüşlər kimi baxmaq lazımdır?" sualına bu cür cavab verib: "Bu gün Teymurun uğuru siyasi qələbədir. Amma idmanda qalibiyyətlə yanaşı, məğlubiyyət də olur. Şahmatçılarımız, onsuz da, təzyiq altında olurlar. Bununla həmin təzyiqi gücləndirməməliyik. Onlar öz işlərini çox gözəl bilirlər".
Qeyd edək ki, “Airthings Masters” turnirinin final mərhələsinin hər iki görüşündə Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Teymur Rəcəbov çempion olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
-
18:56
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
18:13
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
22.09.2026
21.09.2026
























