19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Millimiz Avropa 4-cüsü oldu

Cüdo üzrə Azərbaycan milli komandası Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatını 5 medalla başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc əyarlı olub.

Yeganə qızıl medala kişilərin yarışında 66 kq çəki dərəcəsində Orxan Səfərov, gümüş medala qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska nail olub. Bürünc medalları 73 kq-da Rüstəm Orucov, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-da Zelim Kotsoyev əldə edib.

Bundan başqa, Murad Fətiyev 81 kq, Elmar Qasımov isə 100 kq çəkidə 7-ci yeri tutub.

Azərbaycan millisi bu nəticə ilə ümumi komanda hesabında 40 ölkə arasında Fransa (5 qızıl, 3 bürünc), Rusiya (3 qızıl, 3 gümüş, 1 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 4 bürünc) sonra 4-cü yeri tutub. Kişilərin yarışında da 4-cü olan yığma qadınların mübarizəsində 8-ci yerlə kifayətlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31