2 May 2026, Şənbə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Digər idman növləri

Yığma komandamızın məşqçisi vəfat etdi

Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.

Bu haqda Güləş Federasiyasının saytı məlumat yayıb.

Yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib. Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan İ.Hüseynov uzun illərdi qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər və idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31