Digər idman növləri
AMADA idmançılara dəstək məqsədilə nümunələr hazırlayıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədi ilə yeni nümunələr hazırlayıb.
AMADA-dan Futbolxeber.az saytına verilən məlumata görə, bu, idmançılara öz kareyraları ilə bağlı verdikləri qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirməyə imkan verir.
Qeyd olunub ki, hər bir peşəkar idmançı öz karyerası və hərbi xidmətlə bağlı idmanı tərk etmə, idmana qayıtma, idman növünü dəyişmək barədə qərar qəbul edə bilər. Amma bu, antidopinq qaydaları əsasında həyata keçirilməlidir: "İdmanı tərk etmə, idmana qayıtma idman növünü dəyişmə, federasiya üzvlüyündən çıxarma halları beynəlxalq səviyyədə qəbul edilmiş qaydalarla tənzimlənir və həmin hüquqi prosedurlar düzgün formada icra edilməlidir. Bu, idmançının peşəkar karyerasını davam etdirə bilməsi baxımından əhəmiyyətlidir".
Qaydalara əsasən, idmançı idmanı tərk etdiyini rəsmi şəkildə AMADA-ya bildirməyibsə, o, test nümunəsinin götürülməsinə cəlb edilə bilər: "Bu zaman o, idmanı tərk etdiyini əsas gətirərək test nümunəsi verməkdən imtina edərsə, sanksiyaya məruz qala bilər. Yaxud idmanı tərk etmiş idmançı yenidən idmana qayıtmağını bildirdikdən dərhal sonra yarışlarda iştirak edərsə, onun nəticələri ləğv edilə bilər. Çünki həmin idmançı ən az 6 ay əvvəl bu qərarını rəsmi şəkildə bildirməli və dopinq nəzarətinə götürülməlidir. Barəsində sanksiya qərarı olan idmançı isə idmanı tərk edərsə, sanksiya müddəti dondurulur və o, idmana qayıtdıqdan sonra sanksiyanın icrası davam edir".
Bildirilib ki, hərbi xidmətə gedən idmançının bununla bağlı AMADA-nı məlumatlandırması vacibdir: "Çünki peşəkar idmançıların məkan məlumatlarının verilməsi, testlərə cəlb olunması və digər öhdəlikləri var. İdmançı hərbi xidmətə getməsi ilə bağlı AMADA-nı məlumatlandırdığı təqdirdə onunla bağlı dopinq nəzarəti tədbirləri müvəqqəti olaraq dayandırıla bilər. İdman növünü dəyişmə və federasiya üzvlüyündən çıxarılama qərarlarının bildirilməsi də dopinq nəzarətinin həyata keçirilməsi baxımından vacibdir. Bu, test planlaşdırılması, idmançı ilə bağlı məlumatların doğru ünvana göndərilməsi, idmançının və federasiyanın AMADA-nın göndərdiyi rəsmi məktublardan vaxtında xəbərdar olması və sair məsələlər baxımından vacibdir".
Sözügedən məsələlərlə bağlı məlumatlar AMADA-ya təqdim edilmədiyi təqdirdə, bu, müəyyən hüquqi nəticələrə səbəb ola bilər.
Göründüyü kimi, idmançıların karyeraları ilə bağlı verdiyi qərarların hüquqi cəhətdən rəsmiləşdirilməsi mürəkkəb prosesdir və bunun icrası hüquqi biliklər və vaxt tələb edir.
AMADA məsələnin əhəmiyyətini nəzərə alaraq idmançıların işini asanlaşdırmaq məqsədi ilə 5 sadə nümunə (idmançılar üçün: İdmanı tərk etmə forması, İdmana qayıtma forması, İdman növünün dəyişməsi forması, Hərbi xidmət haqqında forma, respublika idman federasiyaları üçün: Federasiyada üzvlükdən çıxarılma forması) hazırlayaraq rəsmi internet səhfəsinə yerləşdirib (https://amada.az/legal/idmancilar-ucun-formalar/ ). Bu nümunələrdə müraciətlə bağlı hüquqi prosedurlar, qaydalar və tələb olunan məlumatlar ətraflı şəkildə əks olunub. Nümunəni dolduran idmançı məlumatların düzgünlüyünə tam təminat verir və buna görə məsuliyyət daşıyır. İdmançının təqdim etdiyi forma AMADA tərəfindən təsdiqləndikdən sonra qərar rəsmiləşmiş hesab olunur.
AMADA üçün idmançıların hüquqlarının qorunması, onların idman fəaliyyətinin hüquqi cəhətdən düzgün təşkili prioritetdir. Elə buna görə də idmançılara dəstək xarakterli layihələr davamlı şəkildə həyata keçiriləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























