19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Erməni idmançı: "Korrupsioner hakimiyyət xalqa xəyanət etdi"

Ermənistanlı MMA döyüşçüsü Eduard Vartanyan Rusiyanın vasitəçiliyi ilə ölkəsi və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, şəxsi İnstaqram səhifəsində paylaşım edən 29 yaşlı idmançı Ermənistan rəhbərliyini sərt tənqid edib.

Vartanyan yerli hakimiyyətin xalqa xəyanət etdiyini yazıb: "İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Satılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı. Çünki indi qəbul olunanların hamısı Madrid prinsiplərindən çıxarışlardır. Hakimiyyətin ən yüksək eşelonundakı bu xainlər xalqını məhv olmağa göndərdi. Mən hər şeyi bilirəm".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında noyabrın 10-da II Qarabağ müharibəsinin başa çatdırılması ilə bağlı müqavilə imzalanıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30