19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Avropa çempionatının ilk günü: cüdoçularımızdan 3 medal

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Oğlanlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kiloqram çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçu bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30