14 Dekabr 2025, Bazar günü
"Zirə" "Şamaxı"ya məğlub oldu
Elvin gündəm olan uşağı ziyarət etdi
UEFA reytinqində neçənciyik?
XV turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, çoxnövçülük yarışlarında qızıl medallara iddiaçılar arasında Azərbaycan idmançıları da yer alıb.

Arzu Cəlilova və Zöhrə Ağamirovanın qalib olmaq şansları yüksək qiymətləndirilib.

Onlarla yanaşı, Alina Xarnasko və Anastasiya Salos (Belarus), Katrin Tasayeva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Agiurcukuleze və Milena Baldassarri (İtaliya), Viktoriya Onopriyenko və Valdu Nikolçenko (Ukrayna) kimi gimnastlar da favoritlər sırasında göstəriliblər.

Qeyd edək ki, Avropa çempionatı 26-29 noyabrda keçiriləcək. Azərbaycan millisinin yarışda 13 gimnastla təmsil ediləcəyi gözlənilir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31