Digər idman növləri
Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"
"Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb. Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılışından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, akademiyanın təmiri 95-96 faiz yekunlaşıb: "İstəyirik ki, zallara və auditoriyaya tələbələrimiz qayıtsın, təhsil prosesi başlasın. Amma yenə də yoluxma hallarının olduğunu görürük. Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn keçirilsin. Bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik".
Rəhimov güləş və digər idman növlərinin federasiyalarının daxili yarışları keçirmək üçün nazirliyə müraciət etdiyini söyləyib: "Tək güləş yox, digər idman növləri də noyabr-dekabr aylarında yerli çempionat keçirmək istəyirlər. Çox istərdik ki, bu yarışlar baş tutsun. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük Proqram hazırlayırıq. Bu, həm də fitness və idman zallarının açılmasına aiddir. Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz ki, bizim üçün də çempionatları keçirmək çox vacibdir. İdmançı bir ay evdə qalsa, ona bərpa üçün 3-4 ay vaxt lazımdır. Bu isə çətinlik yaradır. Yarış praktikası yoxdursa, bu, həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək. Noyabrın ortalarında Milli Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə Qran-pri Bakıda keçirilməlidir. Artıq 15 ölkə qeydiyyatdan keçib. Həmin vaxtadək ümumi situasiya ilə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda gerçəkləşəcək".
Nazir hazırda yarışlara azarkeşlərin buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb: "Biz ilk olaraq, istəyirik ki, yarışlar olsun. Azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Bu gün 47 olimpiya kompleksi istifadəyə verilib. Hamısı işlək vəziyyətdədir və qapıları açıqdır. Qeyri-olimpiya idman növlərini də hazırlıq prosesinə cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışlarını təşkil etməyə hazırıq".
Rəhimov qeyri-olimpiya növləri ilə məşğul olan idmançıların başqa sahələrə üz tutması barədə isə bunları deyib: “Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməyi etməyə hazırıq. Bizim addımlarımız yalnız zalların qapılarını onların üzünə açmaqdan ibarət ola bilər” ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futbolumuzun fərsiz övladı
- “Qarabağ”a qarşı namərdlik
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- ETOPAZ 14 yaşında!
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- “Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq
- "Zirə" və "Kəpəz"dən qələbə
- Millimizin rəqibləri müəyyənləşdi
- Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
- "Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
13:28
Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
-
13:00
Argentina millisindən çətin qələbə VİDEO
-
12:17
Musa Qurbanlı: “Həmişə daha yaxşı oynamaq olar”
-
11:39
Cüdo Federasiyası Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
-
11:16
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:53
"Zirə"nin legionerləri darmadağına sevindilər
-
10:21
Niderland Norveçi məğlub etdi VİDEO
-
10:04
Emin Mahmudov: “Bilirdik ki, daha çox qol vura bilərik”
-
09:45
AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
-
21:01
Yığmamız 6 qolla qələbə qazandı
-
16:49
U-21 millimiz darmadağın oldu
-
12:55
Koxalski: “O təklifi qəbul etmədim, arzum İngiltərədir”
-
12:03
Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar
-
11:46
“Milliyə dəvət almağımda “Turan Tovuz”un məşqçilər korpusunun böyük əməyi var”
-
10:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Braziliya 10 nəfərlə qalan Fransa ilə bacarmadı VİDEO
-
09:30
Qapı bağlı qalıb... qapıçılarımıza
-
17:00
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
-
16:21
AFFA İntizam Komitəsi 3 kluba texniki məğlubiyyət verib
-
15:33
Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
-
14:12
“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
-
13:47
Azərbaycanlı hakim minifutbol üzrə Avropa çempionatına təyinat alıb
-
13:08
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında çıxış edəcəklər
-
12:55
Avropa çempionatı: Cüdo yığmamızın ilkin heyəti açıqlanıb
-
12:29
Azərbaycan - Sent Lüsiya oyununun hakimləri müəyyənləşdi
-
12:14
"Neftçi" TV təqdim edir: Bazada bir gün VİDEO
-
11:36
Toşak ağır xəstəliyə tutulub
-
11:00
Litvanın 19 illik həsrətinə son qoyan U-19 millimiz - İnkişaf Strategiyasi budur?
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
“Neftçi”nin hücumçusu “Porto”nun prezidenti ilə görüşdü
-
09:52
"Qarabağ" nümayəndələri Lissabonda beynəlxalq tədbirdə
-
16:33
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
-
15:16
Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazanıb
-
14:57
Üzgüçülərimiz Gürcüstanda 47 medal qazanıblar
-
13:28
Parataekvondo millimiz Antalyada turnirə qatılacaq
-
13:00
İmad Faraj: “Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
-
12:42
Şahmat üzrə ölkə çempionatının final mərhələsi başlayıb
-
12:31
Nərgiz İsmayılova ÇL-in 1/4 finalına təyinat alıb
-
12:09
“Sumqayıt”ın U-11 komandası Bişkekdə beynəlxalq turnirdə iştirak edəcək
-
11:45
"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
11:24
Basketbol millilərimiz FIBA reytinqində irəliləyib
-
10:16
"Xankəndi" 3 xalı 5 qolla qazandı VİDEO
-
09:53
Millimiz İspaniyada təsnifat turnirində mübarizə aparacaq
-
09:37
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
19:25
Millimiz Bolqarıstanla heç-heçə etdi
-
17:17
“Sportinq”in üzvü: “Ən vacib oyun Azərbaycana qarşı olandır”
-
16:00
Cüdoçularımız Bad-Blankenburqda beynəlxalq düşərgəyə qatılıblar
-
14:32
Muslera yenidən millidə
-
13:58
Pedro Mateuş: “Milliyə yenidən dəvət almağımda Füzuli Məmmədovun böyük rolu var”
-
12:43
“Qarabağ”a qarşı namərdlik
28.03.2026
27.03.2026
26.03.2026
25.03.2026
24.03.2026























