29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakıda keçiriləcək Avropa çempionatının iştirakçı sayı açıqlandı

Bakıda keçiriləcək idman gimnastikası üzrə kişilər və qadınlar arasında Avropa çempionatı üçün iştirakçı sayı açıqlanıb.

Futbolxeber.az-ın Avropa Gimnastikasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Milli Gimnastika Arenasında dekabrın 9-da start götürəcək yarışda 39 ölkədən 324 gimnast mübarizə aparacaq. Onlardan 159-u böyüklər, 165-i yuniorlardır. Çempionat beş gün davam edəcək.

Qadınların mübarizəsi dekabrın 17-də başlanacaq. Dörd günlük çempionatda 38 ölkədən 157-si böyüklər, 147-si yuniorlar olmaqla, 304 gimnast iştirak edəcək.

Əslində, kişilər 27-31 mayda Bakıda, qadınlar isə 30 aprel-3 mayda Fransanın paytaxtı Parisdə çıxış etməli idilər. Lakin hər iki yarış koronavirus pandemiyası üzündən təxirə salınıb.

21-24 mayda isə Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunmalı idi. Bu yarışın taleyinə sentyabrın 28-də aydınlıq gələcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31