5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Teymur 9-cu, Şəhriyar 11-cidi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub. Şəhriyar Məmmədyarov (2764) da 11-ci yerdə qalıb.

Azərbaycanın digər təmsilçiləri - Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen başçılıq edir. Onun aktivində 2863 xal var.

Qadın şahmatçılarımız arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31