30 May 2020, Şənbə
Klublar Komitəsinin iclası olacaq
Azərbaycanda futbolsuzluq başa çatır
“Qarabağ"da bosniyalı yarımmüdafiəçi?
“Qəbələ”dən ardıcıl 5-ci çempionluq

Digər idman növləri

Tokio-2020: Rafael Ağayevlə İrina Zaretskanın lisenziyaları ləğv olundu

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub.

Futbolxeber.az saytının məlumatına görə, Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən (biri təşkilatçı Yaponiyadan olmaqla) ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31